“Çelsi”nin sağ cinah müdafiəçisi Ris Ceyms İngiltərə millisinin yeni baş məşqçisi Tomas Tuxel haqqında fikirlərini bildirib.
Futbolpress.az xəbər verir ki, 25 yaşlı ingilis futbolçu çalışdırıcısı haqda müsbət sözlər səsləndirib:
“Tuxel indiyə qədər işlədiyim ən yaxşı insandır. Bunun müxtəlif səbəbləri var. O, “Çelsi” ilə çox çətin bir zamanda, bəlkə də ən gözlənilməz anda kuboklar qazandı”.
Xatırladaq ki, Tuxel bu ilin əvvəlində İngiltərə millisində baş məşqçi fəaliyyətinə başlayıb. O, 2021-ci ilin yanvarından 2022-ci ilin sentyabrına qədər “Çelsi”də çalışıb.
İngiltərə yığması tezliklə alman məşqçinin rəhbərliyi altında ilk oyununu keçirəcək. “Üç şir” martın 21-də Albaniya, üç gün sonra isə Latviya millisi ilə qarşılaşacaq. Hər iki qarşılaşma DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək.