Bərdənin Lənbəran ərazisində böyük yanğın hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, kolluq ərazilərdən başlayan alov kəndin bir neçə istiqamətinə yayılıb.
Hadisə yerinə Bərdə və ətraf rayonlardan olan yanğınsöndürmə briqadaları cəlb olunub.
Alovun qarşısının alınması istiqamətində tədbirlər görülür.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.