Modellik fəaliyyəti ilə məşğul olan Aytac Show.az-a müsahibə verib.
- Salam.
Aytac xanım müsahibə üçün çoxdan çalışsaq da, vaxt ayıra bilmirdiniz. Deyəsən
işləriniz çoxdur?
- Bəli çox
yorğunam çəkilişlərim çoxdur, elə indicə çəkilişdən gəlirəm. Səhər 8-dən çəkilişə
başlamışıq gərgin gün idi.
- Elə isə,
vaxt itirmədən suallara keçək. Sizi
tanıyaq?
- Deməli,
adım Aytac ama “Aytac85” deyək. 25 yaşım var 20 yaşımdan ilk çəkilişi təklifimi
almışdım televiziyaya. Bu mənim üçün inanılmaz idi. Orta məktəbdən xəyalım olub
model həvəsi, həm də uca boy olduğuma görə. Ətrafım da dəstəkləyirdi.
- 85 nəyi
ifadə edir?
- O sirrdir
- Fiziki
baxımdan seçilirsiniz. Yəni, qəşəng və cəlbedici xanımsınız. Son dövrlərin
“silikon modası”na siz də müraciət etmisiniz? Estetik müdaxilələr var?
- Belə
deyim, özümlə bağlı heç bir kompleksim yoxdur. Boyum 1.80 çəkim 65-dir. Çox şükür edirəm. Təbii olmaq gözəldir mənə
görə.
-
Silikonla gözəlləşməyə çalışan qadınlara münasibətiniz?
- Silikonla
gözəlləşməyə çalışan xanımlar mənə görə çox normaldır. Çünki, hər xanım gözəl
görünmək istəyər. Amma təbii ki, çox abartmamaq lazımdır.
- Bəyəndiyiniz
sənətçilər var? Kimlərdən öyrənməyə çalışırsınız?
- Aygün Kazımovanı çox sevirəm, uşaqlıqdan demək olar ki, heyranlıqla izlədiyim
Aygün xanım olub. Hər zaman baxımlı cəlbedicidir.
- Sosial
mediada foto və reklam videolarınız diqqət çəkir. Geyim təzinə görə, tənqid edənlər
də var, təqdir edənlər də. Rəyləri oxuyursunuz?
- Bəli. Təbii
olaraq müsbət rəylər olduğu kimi mənfi rəylər də olacaq. İnsanlar tanımadan bəzən
rəy bildirdirlər, amma onların mənfi fikirləri məni ruhdan salmır. Əksinə, daha
çox irəli getməyə güc yaradır. Mənfi rəyi daha çox xanımlardan almışam. Məsələn, yazırlar ki, estetikli gözəlsən heç bir təbiilik yoxdur.
- Ölkədə
model sənəti birmənalı qarşılanmır. İşinizin çətin tərəfləri nələrdir?
Model
uzaqdan asan görünür. Amma heç göründüyü kimi deyil. Yuxusuz qaldığımız günlər
olur. Bu işin ən çətin tərəfi həm bəylər, həm də xanımlar tərəfindən
qısqanılmaq olur.
- İşdə
sevgi təklifləri alırsınız?
- Olur bəli.
Çox iyrənc baxışlarla rastlaşıram. Baxışları görürəm, amma onlara məhəl
qoymuram. Çox kişinin xəyalındakı xanımam. Çox xanım bu gün mənə mənfi rəy
bildirib məni qınasa da, həmin qınayan xanımların ürəyi gedir mənim olduğum
yerdə olmaq üçün.
- Sevgiliniz
var?
- Şəxsi həyatımla
bağlı heç yerdə danışmamışam. Mənim kimi bir xanımın diqqətini cəlb etmək o qədər
də asan deyil. Elə bir bəy yoxdur ki məni özünə aşiq eləsin.
- Özünüzə
çox güvənirsiniz. Çox iddialısınız. İşinizlə bağlı özünüzü harada görmək istərdiniz?
Əldə etmək istədiyiniz hansı uğur var?
- İşimi
çox sevirəm. İlk növbədə bu mərhələyə gəlib çatmaq asan olmadı. Amma məqsədimə
nail oldum və günü bu gün təbiiliyimlə gözəlliyimlə və boyumla çox xanım mənim
yerimdə olmaq istəyir.
- Hobbiləriniz
nələrdir?
- Hobbilərim...
Ən çox gəzintilər, əyləncələr, bir də özüm mətbəxtdə musiqi ilə yemək
hazırlamaq. Mən dadlı yeməklər də hazırlaya bilirəm, yeməyi daha çox sevirəm.
Sualların
hamısına gülərək cavab verdiniz. Müsahibəyə vaxt ayırdığınız üçün təşəkkürlər.