Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp 2025-ci ildə Çin prezidenti SiCinpinlə görüşə biləcəyini ehtimal edib.
Trend-in məlumatına görə, bu barədə D.Tramp "Fox News"televiziya kanalına müsahibəsində deyib.
"Bəli, ola bilər, demək istəyirəm ki, [Sin Cinpin ilə] zirvəgörüşünə qarşı olmazdım", - deyə ABŞ prezidenti bildirib.
Eyni zamanda D.Tramp xatırladıb ki, aprelin 2-də ABŞ rüsumlartətbiq edəcək. O bildirib ki, bu rüsumları “Çin də, digər ölkələrdə ödəyəcəklər”.
"Bizi bütün dünya ölkələri, dostlar və düşmənlər soyub-talayıb.Və 2 aprel - mən bunu Amerikanın azadlığı adlandırıram. Biz o kök,axmaq və sadəlövh ölkəydik ki, dostlarımız da daxil olmaqla hamınınbizi talamasına icazə verib", - deyə o bildirib.