
Xurmanı düzgün şəkildə istehlak etmək onların sağlamlıq faydalarını dəfələrlə artırır!

E-saglam.az xəbər verir ki, illərdir öyrəşdiyimiz üsullar bir yana, bu meyvədən ən yüksək faydanı əldə etmək əslində çox sadədir. Dərinizi canlandırmaqdan tutmuş immunitetinizi gücləndirməyə qədər bir çox sahədə möcüzələr yarada bilər. Onun əsl gücünü kəşf etmək sağlamlığınıza böyük töhfə verəcək!
Həzm sistemini tənzimləyən ikili
Xurmanın faydalarını artırmaq istəyirsinizsə, onu istifadə etməyin ən yaxşı yolu onu qatıqla yeməkdir. Xurma liflə zəngindir və həzm sisteminin nizamlı işləməsini təmin edir. Qatıq probiotik xüsusiyyətləri ilə bağırsaq florasını yaxşılaşdırır, beləliklə həzmi dəstəkləyir.
Vitaminlər və mineralların zəngin mənbəyi
Xurma A vitamini, C vitamini və kaliumla zəngindir. Qatıq tərkibindəki kalsium və B vitamini ilə sümük sağlamlığını dəstəkləyir. Birlikdə istehlak edildikdə, bədənin ehtiyac duyduğu vacib qidaları təmin edirlər.
İmmunitet sistemini gücləndirir
Xurmanın tərkibindəki C vitamini immunitet sistemini gücləndirir. Qatıq, probiotik xüsusiyyətləri ilə immunitet funksiyalarını artırır və orqanizmə müqavimət verir.
Ürək sağlamlığını dəstəkləyir
Xurma qan təzyiqini tarazlayır və tərkibindəki kaliumla ürək sağlamlığını dəstəkləyir. Qatıq tərkibindəki kalsium və proteinlə ürək-damar sağlamlığını yaxşılaşdırır.
Çəkiyə nəzarət etməyə kömək edir
Xurma aşağı kalorili və yüksək lif tərkibi ilə toxluq hissi yaradır. Qatıq tərkibindəki protein sayəsində maddələr mübadiləsini sürətləndirir və çəkiyə nəzarəti asanlaşdırır.
Antioksidant təsir göstərir
Xurmanın tərkibindəki antioksidantlar hüceyrələri sərbəst radikallardan qoruyur. Qatıq həm də immunitet sistemini dəstəkləyir və antioksidant təsiri ilə bədəndən zərərli maddələrin çıxarılmasına kömək edir.
Qan şəkərini tənzimləyir
Xurma aşağı glisemik indeksə malikdir və qan şəkərini balanslaşdırmağa kömək edir. Qatıq, probiotik xüsusiyyətləri ilə insulin həssaslığını artırır və qan şəkərini nəzarət altında saxlayır.
Zəhərli maddələrdən qurtulmağa kömək edir
Xurma detoks effekti ilə orqanizmi toksinlərdən təmizləyir. Qatıq, tərkibindəki probiyotiklərlə həzm sistemindəki zərərli maddələrin atılmasını dəstəkləyir və orqanizmi təmizləyir.
Tərcümə: Könül Oruc