Rusiya millisi yoxlama oyununda Qrenadanı məğlub edib – 5:0.
Futbolpress.az xəbər verir ki, komandanın qollarını Danil Prutsev, Arsen Adamov, Artem Dzyuba, Danil Fomin və Zelimxan Bakaev vurub. Dzyuba bu görüşdə fərqlənməkə millidə qol vuran ən yaşlı futbolçu olub. O, 36 il 6 ay 25 günündə bunu edib.
Əvvəli rekordçu Sergey İqnaşeviç idi. O, 2015-ci ildə Moldovaya qol vurarkən 36 yaş 2 ay 25 günlük olub.