Bayden administrasiyası vəzifədən getməzdən əvvəl ölkə daxilində yumurta tədarükündə fasilələrə və qiymətlərin artmasına səbəb olan təxminən 8 milyon toyuğu öldürüb.
Bizim.Media xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt “X” sosial şəbəkəsində yazıb.
O, Bayden administrasiyasının Prezident Donald Trampın andiçmə mərasimi ərəfəsində təxminən 8 milyon toyuqun məhv edilməsinin tədarükləri azaltdığını və qiymətləri artırdığını söyləyib.
“Tesla”nın sahibi, milyarder İlon Mask isə Levittin paylaşımına “Baydenin toyuq qətliamı” şərhini yazıb.
Bizim.Media