“Niaqara” və “Kral” restoranlarının rəhbərliyi Novruz bayramı münasibətilə 1065 qazi və şəhid ailəsinə bayram sovqatı təqdim edib.
“Qafqazinfo” xəbər verir ki, hər il olduğu kimi, bayram öncəsi Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət edilib.
Ailələr gündəlik tələbat mallarından ibarət ərzaq bağlamaları ilə təmin edilibər.
Göstərilən diqqətin torpaqlarımız uğrunda canından keçmiş şəhidlərimizin qəhrəmanlıqları qarşısında mənəvi borc olduğu bildirilib.
Restoran rəhbərliyi şəhid ailə üzvlərinə daim onların yanlarında olduqlarını çatdırıblar. Ailələrin bayramları təbrik edilib, onlara bayram sovqatı, müxtəlif hədiyyələr təqdim edilib.


