Bakı. Trend:
Azərbaycanda süni intellekt laboratoriyasının qurulmasınabaşlanılır.
Trend-in əldəetdiyi məlumata görə, artıq bununla bağlı “Azerbaijan InternationalTelecom” (AzInTelecom) Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) müvafiqişlərə başlayıb.
Belə ki, qurum hazırda laboratoriyanın qurulması məqsədiləavadanlıq və lisenziyalar almaq mərhələsindədir.
“AzInTelecom” sözügedən laboratoriyanın qurulmasının 7,1 milyonmanata başa gələcəyini proqnozlaşdırıb.
Qeyd edək ki, dünən Prezident İlham Əliyev “AzərbaycanRespublikasının 2025–2028-ci illər üçün süni intellektStrategiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncam Azərbaycan Respublikasında süni intellektin inkişafınısürətləndirmək, bu sahədə tədqiqatların aparılmasını təşviq etmək,süni intellekt üzrə informasiya texnologiyalarının və onların idarəedilməsi mexanizmlərinin təkmilləşdirilməsini, infrastrukturununəlçatanlığını təmin etmək, habelə ixtisaslı kadr potensialınıgücləndirmək məqsədilə imzalanıb.
Sənədə əsasən, “Azərbaycan Respublikasının 2025–2028-ci illərüçün süni intellekt Strategiyası” təsdiq edilib.