Bakı. Trend:
Daxili İşlər Nazirliyi bayram günlərində şəhər və rayonlarasəfər edən bütün hərəkət iştirakçılarına müraciət edib.
Trend-inxəbərinə görə, müraciətdə bildirilir ki, Novruz bayramı günlərindəbölgələrimizə - şəhər və rayonlarımıza üz tutanların sayında artımmüşahidə edilir, yollarda nəqliyyat sıxlığı yaranır.
"Yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını azaltmaq üçün,gəlin, bu günlərdə daha diqqətli olaq, hamılıqla qaydalara riayətedək.
İlk növbədə müəyyən edilmiş sürət həddini aşmayaq, eləcə dəsürət həddini yol və hava şəraitinə görə seçək, ötmə qaydalarınauyğun davranaq, sərxoş vəziyyətdə sükan arxasına əyləşməyək vəmümkünsə günün erkən saatlarında hərəkətə üstünlük verək.
Səyahətlər zamanı avtomobildə olan hər kəsin təhlükəsizlikkəmərindən istifadə etdiyindən əmin olaq.
Sizi sevənlərə, evdə yolunuzu gözləyənlərə sağlam şəkildəqovuşmaq üçün mütləq yol hərəkəti qaydalarına riayət edin", -nazirlikdən qeyd edilib.