"SpaceX" şirkəti 30 ildən sonra Marsda Yerdən dəstəyə ehtiyac duymayan sivilizasiya yaratmağı planlaşdırır.
Publika.az xəbər verir ki, bunu şirkətin sahibi İlon Mask "Fox News" telekanalına müsahibəsində açıqlayıb.
O, Marsa getmək istəyən hər kəsi göndərmək və nəticədə, orada özünü təmin edə biləcək sivilizasiya qurmaq istədiyini söyləyib.
Milyarder şirkətinin uzunmüddətli məqsədini isə belə izah edib: "Müxtəlif planetlərdə həyat olsun". Mask bunu 20-30 il ərzində edə biləcəklərinə inandığını vurğulayıb.