Özbəkistan millisi və “Mançester Siti”nin müdafiəçisi Abdukodir Xusanov diqqət mərkəzinə düşüb.
QOL.az xəbər verir ki, 20 yaşlı futbolçu jurnalistlər qarşısında ilk sualdan özünü saxlaya bilməyib və müsahibə verməyə utanıb.
O, jurnalistlərdən uzaqlaşmağa çalışsa da, milli komanda nümayəndəsi futbolçunu yenidən media nümayəndələrinin qarşısına çıxarıb.
Hadisə DÇ-2026-nın seçmə mərhələsinin bu gün keçiriləcək Özbəkistan - Qırğızıstan matçının hazırlığı zamanı baş verib.