AZ

İsrail ordusu quru əməliyyatlarına başlayıb

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının mərkəzi və cənubunda quru əməliyyatlarına başlayıb. Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

İDF rəsmiləri bildiriblər ki, əməliyyatlar təhlükəsizlik zonasını genişləndirmək və anklavın şimal və cənub hissələri arasında bufer yaratmaq məqsədi daşıyır.

"Ordu İsrail vətəndaşlarını qorumaq üçün Qəzza zolağında terror təşkilatlarına qarşı fəaliyyətini davam etdirəcək", - İDF sözçüsü telerqam kanalında bildirib.

Bu ərəfədə İsrail Qəzza zolağında HƏMAS-ın hədəflərinə hava zərbələri endirməyə başlayıb. Moskvada İsrail tərəfinin hərbi əməliyyatları davam etdirməsi dərin təəssüf hissi ilə qarşılanıb.

Seçilən
31
21
cebheinfo.az

10Mənbələr