AZ

Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi açıqlanıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 586,6 milyon manat​​​​​ vəsait yönəldilib.

"Cebheinfo.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,4 % çoxdur.

Hesabat dövründə xarici investisiyaların 567,1 milyon manatı (96,7 %-i) Böyük Britaniya, BƏƏ, Türkiyə, İsveçrə, ABŞ, Rusiya, Yaponiya, İran, Fransa və Macarıstan sərmayədarlarına məxsus olub.

Xatırladaq ki, yanvar-fevral aylarında Azərbaycanda əsas kapitala 2 milyard 8,9 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 24,8 % az investisiya yönəldilib. Son 1 ildə neft-qaz sektoruna yönəldilmiş investisiyalar 32,5 %, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyalar 20,8 % azalıb.

"Cebheinfo.az" 

Seçilən
53
6
cebheinfo.az

6Mənbələr