Saratov vilayətinin Engels şəhərində pilotsuz təyyarənin hücumundan sonra aerodrom ərazisində yanğın baş verib. Bundan sonra yaxınlıqdakı SNT sakinlərinin təxliyəsi başlayıb. Bu barədə regionun qubernatoru Roman Busargin özünün Telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, bütün təcili yardım xidmətləri ərazidə işləyir.
“Rayon rəhbərliyinə əmlakına ziyan dəymiş hər bir vətəndaşa yardım göstərmək tapşırılıb”, - qubernator əlavə edib.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural