Fransa Prezidenti Emmanuel Makron Ukrayna Prezidenti Volodimir Zelenskiyə mətbuat konfransı zamanı zəng edib.
Bizim.Media xəbər verir ki, Zelenski fransalı həmkarının zənginə cavab verib. O, hazırda mətbuat konfransında olduğunu və 15-20 dəqiqə sonra geri zəng edəcəyini bildirib.
Daha sonra Ukrayna lideri Makronla hər gün əlaqə saxladıqlarını qeyd edib:
“Biz tez-tez danışırıq. Gündə bir dəfə. Söhbətimizdən sonra mən ona yenidən zəng edəcəyəm”.
Bizim.Media