AZ

"Ukraynada səfərbərlik dərsliklərə soyqırımı kimi düşəcək" - Zaxarova

Ukraynada məcburi səfərbərlik tədbirləri dərsliklərə soyqırım kimi daxil ediləcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Telegram kanalında məlumat verib.


“Ukraynadakı “məcburi səfərbərlik” dərsliklərə Ukrayna xalqının soyqırımı kimi düşəcək”,- o vurğulayıb.


Bundan əvvəl Ali Radanın deputatı Oleksiy Kuçerenko bəyan etmişdi ki, Kiyev kompromis çərçivəsində öhdəlik götürsə, Ukraynada səfərbərlik dayandırıla bilər.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Seçilən
29
news365.az

1Mənbələr