"Barselona"nın və İspaniya millisinin gənc istedadı Lamin Yamal Ramazan ayında necə oruc tutduğunu açıqlayıb.
Operativ Media xəbər verir ki, o, bu haqda "AS" nəşrinə danışıb.
Səhər saat 04:00-da sahur etdiyini bildirən Yamal komandanın səhər yeməyinə qatılmadığını və məşqdən sonra namazını otağında davam etdirdiyini bildirib. Elektrolitlərin nəm səviyyəsini qorumaq üçün vacib olduğunu əlavə edən gənc ulduz iftara qədər bu rejimi davam etdirdiyini bildirib.
Digər tərəfdən, "Barselona"nın həkim komandası, daha əvvəl Usman Dembele, Franck Kessie və Ansu Fati kimi müsəlman oyunçular üçün hazırladıqları xüsusi qidalanma planını Lamin Yamal üçün də tətbiq edir.
Gün ərzində oruc tutan Yamal iftar vaxtı balanslı qidalanma və maye qəbuluna diqqət yetirir.