Argentina millisi daha bir aparıcı futbolçusunu itirib.
Msport.az xəbər verir ki, “İnter”in hücumçusu Lautaro Martines heyətdən kənarda qalıb.
Forvard zədə ucbatından DÇ-2026-nın seçmə mərhələsində komandasına kömək edə bilməyəcək. Martinesə qədər Lionel Messi və Paulo Dibala da Uruqvay (22 mart) və Braziliya (25 mart) ilə oyunların iştirak ərizəsindən çıxarılıblar.
Qeyd edək ki, Argentina yığması Cənubi Amerika seçmə zonasında 12 turdan sonra 25 xalla lider mövqeyində qərarlaşıb.