
Ramazan ayında oruc tutmaq qalxanabənzər vəzi xəstələri üçün bəzi çətinliklər yarada bilər.

E-saglam.az xəbər verir ki, endokrinoloq Dr. Sibel Temiz dərman istifadəsi və qidalanma qaydalarına diqqət yetirməyin vacibliyini vurğulayır.
Tiroid xəstəlikləri və oruc
Tiroid xəstəlikləri hormon balanssızlığına səbəb ola bilər. Qalxanabənzər vəzin hormon istehsalına təsir etməyən düyünlər oruca mane olmur. Lakin hipotireoz və hipertiroidi xəstələri müalicə və nəzarət altında oruc tutmalıdırlar.
Dərman istifadəsi
Hipotireoz: Levotiroksin tərkibli dərmanlar imsakdan 30 dəqiqə əvvəl acqarına qəbul edilməlidir. İmsak zamanı mədə qoruyucu dərmanlar və mineral əlavələrdən çəkinmək lazımdır.
Hipertiroidi: Antitiroid dərmanlar imsak və iftarda yeməklə birlikdə qəbul edilə bilər. Dərman rejimini dəyişməmək vacibdir.
Qidalanma qaydaları
Qalxanabənzər vəzi xəstələri balanslı qidalanmalı və kifayət qədər su içməlidirlər. Dr. Temiz iftarla sahur arasında 2-2,5 litr su içməyi tövsiyə edir. Xüsusilə hipotireoz xəstələri qəbizliyin qarşısını almaq üçün meyvə və tərəvəz istehlak etməlidirlər.
Tərcümə: Könül Oruc