AZ

“Premyer-liqa hədəfindən əlimizi üzməmişik”- “Zaqatala”nın baş məşqçisi iddiaları yalanladı

1-ci liqada mövsüm sona yaxınlaşdıqca ilk “üçlük”də qərarlaşmaq uğrunda mübarizə qızışır.

Bilindiyi kimi, bu pillələrdə hazırda, uyğun olaraq, “Qəbələ”, “Karvan” və “İmişli” qərarlaşıb. Lakin “Baku Sportinq” və “Zaqatala”nın da növbəti mövsümdə elitada təmsil olunmaq istədiyi məlumdu.

Maraqlıdı ki, bəzi saytlarda və sosial şəbəkələrdə “Zaqatala”nın maddi problemlər üzündən premyer-liqada iştirak etmək iqtidarında olmayacağı, bu səbəbdən hədəfindən vaz keçdiyi haqda xəbərlər tirajlanıb.

Qeyd olunanlarla bağlı komandanın baş məşqçisi Rüstəm Məmmədovun fikirlərini öyrənməyi lazım bildik. Onun “Football-plus.az”a cavabı:

“Bu məlumat doğru deyil. Klub rəhbərliyi də belə bilgilərin yayılmasından narahatdı. Premyer-liqaya yüksəlmək hədəfimiz yerindədi. İnfrastruktur məsələsinə gəlincə, burda yalnız təmirə ehtiyac var. Biz nəyəsə sıfırdan başlamayacağıq. “Zaqatala” olaraq, premyer-liqa hədəfindən əlimizi üzməmişik. İstərdik ki, belə bilgilər rəsmən açıqlandığı halda dərc edilsin. Nə klub prezidenti Şaban Şirdanov, nə də başqa rəsmi şəxslər bu haqda danışıb. İnşallah, hədəfimiz uğrunda mübarizə aparmağa davam edəcəyik”.

Xatırladaq ki, “Zaqatala” 23 xalla 5-ci pillədə qərarlaşıb.

KƏNAN BAHADIR
Seçilən
20
football-plus.az

1Mənbələr