Vircil van Diyk “Liverpul”dakı gələcəyi ilə bağlı sualı cavablandırıb.
"Football-plus.az" xəbər verir ki, niderlandlı müdafiəçi mövsümün sonunda müddəti bitəcək müqaviləsini yeniləyib-yeniləməyəcəyi barədə sualın cavabında “mövsümün sonuna kimi hər şeyə aydınlıq gələcək. Əsas odu ki, mən tamamilə öz işimə köklənmişəm. Klubu sevirəm və qarşıya qoyulan hədəflərə çatmaq üçün əlimdən gələni edəcəyəm. Ən əsas olan budu” deyib.
34 yaşlı kapitan İngiltərə klubunda 2018-ci ildən çıxış edir.