Bakı, 20 mart, AZƏRTAC
"Liverpul"un və Niderland millisinin futbolçusu Rayan Qravenberç yığmadan ayrılıb.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, yarımmüdafiəçi zədə səbəbindən düşərgəni tərk edib. O, bərpa prosesi keçmək üçün Liverpul şəhərinə gedib.
Niderland seçməsi Millətlər Liqasının 1/4 finalında İspaniya ilə qarşılaşacaq. İlk oyun martın 20-də Rotterdamda, cavab matçı isə 23-də Valensiyada keçiriləcək.