"Avropa Rusiyanı saxlamaq üçün Ukraynanı “dişinə qədər" hərbiləşdirməlidir”. Bu barədə Finlandiya prezidenti Alexander Stubb Amerikanın “Politico” qəzetinə müsahibəsində bildirib.
“Moskvanın cilovlanmasının yeganə real həlli Ukraynanı dişinə qədər hərbiləşdirməkdir”, - Stubb "Politico"nun müxbirinə deyib.
Martın 17-də Böyük Britaniyanın baş naziri Keir Starmer minlərlə Britaniya sülhməramlısını uzun müddətə Ukraynaya göndərməyə hazır olduğunu bildirmişdi.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural