Azərbaycan II Liqası növbəti turunda “Hypers Quba” səfərdə “Füzuli” ilə üz-üzə gəlib.
İdmanxeber.az-ın məlumatına görə, görüş 3:3 hesabı ilə başa çatıb. Matçda Quba klubunun futbolçuları bir neçə gün öncə vəfat edən sadiq azarkeşləri Xəlil Əhmədovu unutmayıb.
Oyunçulardan qoldan sonra onun şəkli olan forma ilə sevinib və qolu ona həsr ediblər.