AZ

Bayden Administrasiyası 8 milyon toyuğu öldürüb – Ağ Ev

Bayden administrasiyası vəzifədən getməzdən əvvəl ölkə daxilində yumurta tədarükündə fasilələrə və qiymətlərin artmasına səbəb olan təxminən 8 milyon toyuğu öldürüb.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt X hesabında yazıb.

O, Bayden administrasiyasının Prezident Donald Trampın andiçmə mərasimi ərəfəsində təxminən 8 milyon toyuğun məhv edilməsinin tədarükləri azaltdığını və qiymətləri artırdığını söyləyib.

Levitt ölkədəki yumurta böhranının “Bayden böhranı” olduğunu vurğulayıb.

O qeyd edib ki, Tramp ölkənin kənd təsərrüfatı naziri Bruk Rollinslə birlikdə hazırda bu problemin həlli üzərində işləyir.

Qeyd edək ki, ötən gün ABŞ-da sərhəd rəsmilərinin rekord qiymət artımı fonunda toyuq və yumurta qaçaqmalçılığı ilə mübarizə apardığı bildirilib. Yumurtanın topdansatış qiyməti tədarükün azalmasına səbəb olan quş qripi epidemiyası səbəbindən tarixi zirvəsinə çatıb.

Martın 16-da isə mümkün bürokratik çətinliklər və yoxlamalar səbəbindən Finlandiyanın ABŞ-a yumurta ixrac edə bilməyəcəyi barədə məlumat yayılıb.

Seçilən
40
axar.az

1Mənbələr