AZ

Narkotikin təsiri altında avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs olundu

Bakı. Trend:

Paytaxt ərazisində narkotik vasitənin təsiri altındaavtoxuliqanlıq hərəkətləri edən motosiklet sürücüsü həbsedilib.

Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindənpaytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraqdigər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükəyaradan “Tufan” markalı, 99-X-258 dövlət qeydiyyat nişanlınəqliyyat vasitəsinin sürücüsü Fərid Məmmədov saxlanılıb.

Sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhədoğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinəzamanı F.Məmmədovun narkotik vasitə qəbul etməsi də müəyyənolunub.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati XətalarMəcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtibedilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəməninqərarı ilə F.Məmmədovun sürücülük hüququ 1 il müddətinəməhdudlaşdırılıb və o, iki ay inzibati qaydada həbs edilib.

Digər sürücünün də müəyyən olunaraq məsuliyyətə cəlb edilməsiistiqamətində tədbirlər həyata keçirilir.

Seçilən
26
2
az.trend.az

10Mənbələr