AZ

Polşalı bombardirdən daha bir unikal göstərici

Robert Levandovskinin La Liqanın 28-ci turunun “Atletiko”ya qarşı oyununda vurduğu qol daha bir cəhətdən əlamətdar olub.

"Football-plus.az" xəbər verir ki, polşalı forvard “Barselona”nın heyətində 94-cü dəfə qapıya yol tapıb. O, bu göstərici ilə Ronaldinyoya çatıb.

Əfsanəvi braziliyalı “Barselona”nın heyətində 94 qolu 207, polşalı hücumçu isə 135 matçda vurub.

Xatırladaq ki, Levandovski “Atletiko” ilə matçda həm də Messidən sonra bir mövsümdə 35 qol həddinə çatan ilk “Barselona”lı futbolçu olub.

Seçilən
97
football-plus.az

1Mənbələr