Ermənilərin tanınmış politoloqlarından olan revanşist Qaqik Qambaryan diqqət çəkən məlumat yayıb. O, özünün Facebook səhifəsində şəkil yerləşdirərək iqtidardakı məmurları satqın adlandırıb: “Sarik, bunlar orduda xidmət etməyən adamlardır!".
Radikal fikirləri ilə tanınan siyasi şərhçi qeyd edib ki, fotodakı iqtidar komandası hərbi xidmət görməyən məmurların bir qismidir.
"Bu siyahıya daha bir neçə onlarla gəzən varlıqları da əlavə etmək olar. Məsələn əlində içki şüşəsi ilə gəzməsinə görə tanınan Nairinin qardaşı, Xreş Andonun oğlu və başqaları da var", - siyasətçi yazıb. O, Nikol Paşinyana da söz ataraq hərbi xidmət keçməməsinə dair qanunun icazə verdiyi bəhanələrini absurd adlandırıb.
Fotoda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyandan tutmuş, İrəvan merinə qədər onlarla məmur yer alıb.
Tural