AZ

Ərdoğan həmin görüşdən imtina etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı (Aİ) liderlərinin bu gün Brüsseldə keçiriləcək görüşündə iştirak etməyəcək.

Turkustan.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

“Polşanın Baş naziri Donald Tuskun Ankaraya səfərindən sonra Ərdoğanın Brüsseldə keçiriləcək Aİ liderlərinin görüşünə getməsi ehtimalı var idi. Amma o, zirvəyə qatılmayacaq, çünki Avropanın fikrində aydınlıq yoxdur. Onlar hələ də nə edəcəklərini bilmirlər”, – deyə nəşr yazıb./Globalinfo.az

Seçilən
63
2
turkustan.az

3Mənbələr