“Liverpul”un yarımmüdafiəçisi Aleksis MakAllister futboldan kənar həyatı ilə bağlı açıqlama verib.
Msport.az xəbər verir ki, Argentina millisinin heyətində son dünya çempionatının qalibi olan futbolçu sevimli məğuliyyətinin divanda uzanıb içki içmək olduğunu bildirib: “Mən TikTokdan qaçmağa çalışıram”.
O, Lionel Messinin zədələnməsindən sonra yığmada 10 nömrəli formanı kimin geyinəcəyini bilmədiyini söyləyib: “Messi olmayanda Anxel Korrea bu forma ilə oynayırdı”.
Qeyd edək ki, Argentina bu ay dünya çempionatının seçmə mərhələsində Uruqvay və Braziliya ilə qarşılaşacaq.