AZ

Sinner: 40 həftə zirvədə

İtaliyalı tennisçi Yannik Sinner artıq dünyanın birinci raketkası statusunda 40-cı həftəni arxada qoymaqdadı.

"Football-plus.az" xəbər verir ki, 23 yaşlı tennisçi ötən il iyunun 10-dan bəri ATP reytinqinin 1-ci pilləsində qərarlaşıb.

O, bu statusda keçirdiyi həftə sayına görə İlie Nastaseyə çatdı. 40 həftəlik liderlik tarixdə 15-ci nəticədi. 14-cü nəticə 41 həftə reytinqin birincisi olan Endi Marreyə məxsusdu.

Üç dəfə “Böyük dəbilqə” turnirinin qalibi olan Sinner karyerası boyunca ATP səviyyəsində 20 titul (19-u fərdi yarışda) qazanıb.

Seçilən
10
football-plus.az

1Mənbələr