AZ

TDT Baş katibi Monqolustanda rəsmi səfərdə olub

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omurəliyev Monqolustanda rəsmi səfərdə olub.

“Report”un Türkiyə bürosuna TDT-dən verilən məlumata görə, Baş katibin Monqolustana ilk səfəri Xarici İşlər Nazirliyinin dəvəti ilə baş tutub.

Səfər şərçivəsində TDT Baş katibi Monqolustanın rəsmiləri, diplomatlar və digərləri ilə görüşlər keçirib, siyasi, iqtisadi, mədəni və akademik sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını müzakirə edib.

Məlumatda bildirilib ki, K.Ömürəliyevin bu tarixi səfəri Monqolustan və TDT arasında əlaqələrin dərinləşməsində mühüm dönüş nöqtəsi olub, müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək və bu ölkə ilə TDT çərçivəsində regional təşəbbüslərdə fəal iştirak etmək əzmi ifadə edilib:

“Türk Dövlətləri Təşkilatı üzv, müşahidəçi dövlətlər arasında, eləcə də üçüncü ölkələrlə daha güclü tərəfdaşlıq, iqtisadi əməkdaşlıq və mədəni mübadiləni təşviq etməyə sadiqdir”, - deyə qeyd olunub.

Seçilən
69
4
azpolitika.info

5Mənbələr