Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda əsas kapitalayönəldilmiş investisiyalardan yaşayış evlərinin tikintisinə 296,8milyon manat sərf olunub.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldəedib.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövründəkigöstərici ilə müqayisədə 163,1 milyon manat və ya 2,2 dəfəçoxdur.
Belə ki, 2024-cü ilin yanvar-fevral aylarında ölkədə bütünmaliyyə mənbələrindən əsas kapitala yönəldilmiş investisiyalardanyaşayış evlərinin tikintisinə 133,7 milyon manat sərfolunmuşdu.
Qeyd edək ki, 2025-ci ilin yanvar-fevral aylarında ölkəniniqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyəmənbələrindən əsas kapitala təqribən 2 milyard manat məbləğində,yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 24,8% azinvestisiya yönəldilib.
Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 32,5%,qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə20,8% az olub. İstifadə olunmuş investisiyanın təqribən 1 milyardmanatı və ya 52,3%-i məhsul istehsalı sahələrinə, 661,5 milyonmanatı (32,9%-i) xidmət sahələrinə sərf olunub.
Əsas kapitala yönəldilmiş investisiyaların 1,4 milyard manatınıvə ya 70,8%-ni daxili investisiyalar təşkil edib. Əsas kapitalayönəldilmiş investisiyaların 1,5 milyard manatı və ya 77,6%-ibilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərfolunub.