AZ

İbrahim Cəfərov: Xalqımız milli və tarixi bayramımız olan Novruzu qeyd edir » AzadMedia.az


İbrahim Cəfərov,
Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru


Güc, birlik, yenilik bayramı milli- mənəvi dəyərləri, adət-ənənələri özündə ehtiva edir. Ulu öndər Heydər Əliyev deyib ki, “Novruz bayramı xalqımızın bütövləşməsini, milli kimliyini, milli varlığının ifadəsini özündə cəmləşdirir”.

44 günlük Vətən müharibəsindən sonra hər il Novruz bayramı ərəfəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş ərazilərimizə səfər edirlər. Artıq bu, xoş bir ənənə halını alıb. Budəfəki Novruz bayramı ərəfəsində, İlaxır çərşənbəsində Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyeva Ağdərə rayonunun Suqovuşan və Həsənriz kəndində olub, doğma yurdlarına qayıdan sakinlərlə görüşüblər.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın martın 18-də Ağdərə rayonunun Həsənriz kəndində sakinlərlə birlikdə Novruz tonqalını alovlandırmaları xalqımızın bayram sevincinə əlavə sevinc qatıb. Biz 30 il ərzində təcavüzkar Ermənistanın işğalı səbəbindən Azərbaycanın ərazisinin 20 faizini təşkil edən regionlarımızda bayram tonqalları alovlandıra bilmirdik. Bu gün isə bütün Azərbaycan ərazisində bayram tonqalları qalanır.

Azərbaycan xalqı güclü xalqdır. Hər zaman birlik, bərabərlik nümayiş etdirir. “Ən çətin, həlledici məqamlarda Azərbaycan xalqı bir yumruq kimi birləşir. Məhz bu birliyimiz nəticəsində böyük və tarixi qələbə qazandıq. Xalqın güclü həmrəyliyinin təmin olunmasına bir sıra amillər öz təsirini göstərir ki, burada milli-mənəvi dəyərlərimizin də böyük rolu var.

Prezident İlham Əliyevin dediyi kimi, cəmiyyətdə ünsiyyəti, qarşılıqlı səmimi münasibətləri dərinləşdirən və bizi azərbaycançılıq məfkurəsi işığında sıx birləşdirən Novruz bayramı milli həmrəyliyimizi getdikcə daha da möhkəmləndirir. İllər ötdükcə isə dövlətimiz daha da inkişaf edir, milli həmrəyliyimiz daha da güclənir. Bütün bunlar qürurvericidir.

Novruz yeni gün deməkdir. Təravət deməkdir. Novruz özü ilə bolluq, sevgi güc enerji gətirir. Bir sözlə, elimizdə bayramdır. Novruz bayramımız mübarək olsun! Tonqallarımız daima gur yansın!




Seçilən
39
1
azadmedia.az

2Mənbələr