AZ

Avropa liderləri Putinin təklifindən İMTİNA ETDİ

Avropa liderləri Rusiyanın Ukraynadakı vəziyyətin nizamlanması ilə bağlı tələblərini yerinə yetirməkdən qəti şəkildə imtina etdiklərini bildiriblər.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Avropa İttifaqı Rusiya Prezidenti Vladimir Putinin Ukrayna münaqişəsinin həlli üçün irəli sürdüyü şərtləri yerinə yetirmək niyyətində deyil.

“Avropa İttifaqının digər böyük dövlətindən bir yüksək vəzifəli məmur çərşənbə axşamı (18 mart – red.) təkid etdi ki, Avropa ölkələri heç bir halda Rusiya Prezidenti Vladimir Putinin şərtlərinə əməl etməyəcək”, - agentliyin məlumatında deyilir.

Bundan əlavə, Avropa İttifaqı danışıqlar prosesində daha çox muxtariyyət əldə etmək ümidi ilə müdafiə sənayesinə xərcləri artırmaq istəyir.

Martın 18-də Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub. Kremlin mətbuat xidmətinin məlumatına görə, söhbət zamanı iki ölkə liderləri Ukrayna hərbi münaqişəsinin həllini müzakirə ediblər, həmçinin münasibətlərin normallaşdırılmasında qarşılıqlı maraqlı olduqlarını bildiriblər.

Eyni zamanda,  amerikaşünas Kirill Benediktov bəyan edib ki, hazırda Qərbdə ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə Avropa elitaları arasında fikir ayrılığı var.

Seçilən
21
cebheinfo.az

1Mənbələr