AZ

SOCAR və “ExxonMobil” yeni layihələr üzrə tərəfdaşlıq imkanlarını nəzərdən keçib

Bakı. Trend:

SOCAR-ın prezidenti Rövşən Nəcəf “ExxonMobil” Korporasiyasınınqlobal kəşfiyyat və yeni layihələr üzrə vitse-prezidenti Con Ardililə görüşüb.

Görüşdə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələrdə“ExxonMobil” Korporasiyasının iştirakından məmnunluq ifadə edilib,şirkətlər arasındakı mövcud əməkdaşlıq əlaqələrinin önəmi qeydolunub.

⁠Söhbət zamanı “ExxonMobil”in və SOCAR-ın yerli və xariciölkələrdəki fəaliyyəti, yeniliklər, həyata keçirilən yenilayihələr, prioritetlər və ortaq maraqlar barədə fikir mübadiləsiaparılıb.

Görüşdə ⁠Azərbaycanda reallaşdırılacaq yeni layihələr üzrətərəfdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğurandigər məsələlər müzakirə edilib.

Seçilən
34
7
az.trend.az

9Mənbələr