AZ

Tramp Bayden haqqında: "Axmaq kimi elə pul paylayıb"

ABŞ prezidenti Donald Tramp bildirib ki, sələfi Co Bayden ABŞ-ın Ukraynaya yardımının həcmini anlamayıb, çünki onu qeyri-adekvat vəziyyətdə paylayıb.

Turkustan.az xəbər verir ki, Ağ Ev rəhbəri Breitbart News-a müsahibəsində deyib: "Biz Ukrayna ilə nadir torpaqlarla bağlı sövdələşmə edirik ki, heç olmasa pulumuzu geri aldığımızı deyə bilək. Biz Ukraynaya 350 milyard dollar verdik. Bayden sadəcə axmaq kimi pul paylayırdı, o, əsl axmaqdır".

Onun sözlərinə görə, Avropa Ukraynaya 100 milyard dollar ayırıb: “Avropa ölkələrinin ayırdığı pul kreditdir, onu geri qaytaracaqlar, biz isə sadəcə olaraq 350 milyard dollar vermişik. İndi biz öz vəsaitlərimizi geri alacağıq"-deyə,Amerika lideri əlavə edib.

Fevralın əvvəlində Tramp bildirib ki, Vaşinqton Ukraynadan nadir torpaq metalları almaqda maraqlıdır. Müvafiq sazişin fevralın 28-də tərəflər tərəfindən imzalanacağı gözlənilirdi. Həmin gün Vladimir Zelenski Ağ Evdə Trampla görüşüb. İkisi arasında mübahisə yaranıb və bu zaman Amerika lideri və ABŞ-ın vitse-prezidenti J.D.Vens Zelenskini nankorluqda və hörmətsizlikdə ittiham ediblər. Martın 11-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ-Ukrayna danışıqlarından sonra tərəflər metallar üzrə sazişin tezliklə bağlanacağını bildiriblər, lakin dəqiq vaxt çərçivəsi yoxdur.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
14
50
turkustan.az

10Mənbələr