Niderland millisi itki ilə üzləşib.
Futbolpress.az xəbər verir ki, “narıncılar”ın yarımmüdafiəçisi Rayan Qravenberx məşqdə zədələnib. Bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb.
Millinin düşərgəsini tərk edən Rayan bu gün Millətlər Liqasında İspaniyaya qarşı keçiriləcək 1/4 final oyununu buraxacaq.
Niderland – İspaniya matçı 23:45-də başlayacaq.