Ukrayna Prezidenti Volodimir Zelenski videobağlantı vasitəsilə jurnalistlərin suallarına cavab verərkən Fransa lideri Emmanuel Makron ona zəng edib.
“Qafqazinfo” Ukrayna mediasına istinadən xəbər verir ki, zəngə cavab verən Zelenski hazırda jurnalistlərlə söhbət etdiyini və danışa bilmədiyini bildirib.
O, fransalı həmkarına 15-20 dəqiqə sonra ona geri zəng edəcəyini qeyd edib. Jurnalistlərlə söhbətinə qayıdan Zelenski E.Makronla gündə azı bir dəfə telefonla danışdıqlarını vurğulayıb.
Zəngin görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.