Martın 23-də Türkiyədə etirazların pik nöqtəsi olacaq. İstanbul Bələdiyyəsinin sədri və qarşıdan gələn prezident seçkisində müxalifətin əsas namizədi Əkrəm İmamoğlunun həbsindən sonra etirazlar davam edəcək. Müxalifət bu həbsləri dövlət çevrilişi kimi səciyyələndirir.
Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
“Müxalifət martın 23-ü bazar günü bütün şəhərlərdə böyük etiraz aksiyası keçirməyi planlaşdırır. Ən böyük aksiyalar isə İstanbul, Ankara və İzmir şəhərlərində olacaq, onların planına burada milyonlarla nümayişçi olmalıdır. Bütün etirazlar dinc xarakter daşıyır. Zorakı hərəkətlər hakimiyyət tərəfindən sərt şəkildə yatırılacaq və kütləvi həbslərə, eləcə də repressiyalara səbəb ola bilər”, - o bildirib.