AZ

Zelenski Makronla danışmaqdan imtina etdi: Səbəbini açıqladı

Ukrayna prezidenti Vladimir Zelenski jurnalistlər üçün brifinq keçirdiyi üçün Fransa prezidenti Emmanuel Makronla dərhal telefon danışığı apara bilməyib.

Publika.az xəbər verir ki, bu barədə "RBC-Ukrayna" nəşri məlumat yayıb.

Onlayn konfrans zamanı Zelenskiyə Makrondan zəng gəlib. Ukrayna lideri telefonu qaldırıb, hazırda mətbuata danışdığını izah edib və 15-20 dəqiqədən sonra yenidən zəng edəcəyinə söz verib.

Brifinqdən sonra Zelenski jurnalistlərə fransız həmkarından zəng aldığını təsdiqləyib. O, Makronla orta hesabla gündə bir dəfə telefonla danışdıqlarını da qeyd edib.

Seçilən
68
publika.az

1Mənbələr