Bakı. Trend:
Bayramla əlaqədar bütün avtovağzal və avtostansiyalar martın19-dan gücləndirilmiş iş rejimində çalışır.
Bu barədə Trend-ə Azərbaycan Yerüstü NəqliyyatAgentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, ötən gün Bakı Beynəlxalq Avtovağzal Kompleksindən386 reys həyata keçirilib, 14 000-dən çox sərnişin rahat vətəhlükəsiz şəkildə mənzil başına çatdırılıb. Bu, son iki ilinrekord göstəricisidir.
Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçünəlavə olaraq 150 reys həyata keçirilib.
Sərnişinlərin 45%-i biletlərini onlayn qaydada “biletim.az”portalından əldə edərək səfərlərini reallaşdırıb.
Bayram günlərində paytaxtdan bölgələrə və əks istiqamətəsərnişin axınının çox olduğu nəzərə alınaraq, vətəndaşlarabiletlərini əvvəlcədən onlayn qaydada əldə etmələri tövsiyə olunur.Bunun üçün həvəsləndirici fürsətlər də mövcuddur. Belə ki, 20-31mart tarixlərində “biletim.az” portalının saytı və mobiltətbiqindən alınan bilet 3% (ATB kartları) keşbek qazandırır.