Mart ayında uğursuz nəticələrlə yadda qalan “Yuventus”un baş məşqçisi Tyaqo Mottanın aqibəti müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, rəhbərlik onu mövsümün sonunda istefaya göndərəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, komandanı növbəti turda “Cenoa”ya qarşı keçiriləcək matça da Tyaqo Motta çıxaracaq. Amma 42 yaşlı mütəxəssis mövsümün sonunda istefaya göndəriləcək.
“Yuventus”u ötən yaydan çalışdıran 42 yaşlı mütəxəssisin klubla müqaviləsinin müddəti 2026/27 mövsümünün sonuna kimidi.
Komanda hazırda A seriyasında 29 oyuna 52 xalla 5-ci yeri tutur.