AZ

Cəlilabadda 9 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb

Cəlilabadda polis 9 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlayıb.

Cəlilabad rayonunda polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş 24 yaşlı Ruslan Hacıyev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Operativ Media-ya verilən məlumata görə, ondan 9 kiloqram həşiş qətranı, marixuana, metamfetamin və 100 ədəd narkotik tərkibli metadon həbi aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, R.Hacıyev barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

Seçilən
73
11
operativmedia.az

10Mənbələr