“Tərəflərin üçüncü ölkə vətəndaşları üçün sərhədin açılması və Ani körpüsünün bərpası ilə bağlı razılaşmaları hələlik bəyanat səviyyəsində qalır.
Ermənistan-Türkiyə sərhədinin açılması məsələsində heç bir irəliləyiş yoxdur. Bunu Ermənistan Xarici İşlər Nazirliyinin cavabı sübut edir”.
"Cebheinfo.az"-ın məlumatına görə, "Sputnik Armenia" Ermənistan XİN-ə göndərdiyi sorğuya cavaba istinadən belə yazır. "Xarici İşlər Nazirliyindən iki ölkə sərhədində yerləşən Ani körpüsünün bərpası layihəsinin hansı mərhələdə olması, Axurik (Düzkənd)-Akyaka dəmir yolu keçidinin bərpası istiqamətində hansı addımların atıldığını soruşduq"-deyə adıçəkilən media qurumu yazıb.
“Sizə bildiririk ki, Xarici İşlər Nazirliyi Ermənistan-Türkiyə nizamlanması çərçivəsində vəziyyətin inkişafı barədə vaxtında ictimaiyyətə məlumat verəcək”, - deyə nazirlik cavabında qeyd edib. Məlumatda, həmçinin bildirilir ki, bir müddət əvvəl Ermənistan hakimiyyətinin türk jurnalistləri üçün tur təşkil etdiyi Marqara keçid məntəqəsi də fəaliyyətsizdir. Xatırladaq ki, İrəvan və Ankara 2022-ci ildə körpünü üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açmağa razılaşsalar da keçid məntəqəsi bağlı olaraq qalır.