ÜST AÇIQLADI
BMT-nin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib ki, ABŞ hökumətinin xarici yardımı dayandırmaq barədə son qərarından sonra Nigeriya, Keniya və Lesoto daxil olmaqla altısı Afrikada olmaqla səkkiz ölkənin tezliklə HİV dərman tədarükü bitəcək.
Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Ghebreyesus, məsələ ilə bağlı “HİV proqramlarında uğursuzluqlar 20 illik tərəqqini, əziyyəti silə bilər” deyə açıqlama verib.
O əlavə edib ki, bu, 10 milyondan çox insan HİV infeksiyasına yoluxa və üç milyon isə ölə bilər.
ÜST sədri keçirdiyi mətbuat konfransında Nigeriya, Keniya, Lesoto, Cənubi Sudan, Burkina Faso və Mali, habelə Haiti və Ukraynada həyat qurtaran antiretrovirus (ARV) dərmanlarının yaxın aylarda tükənəcəyini vurğulayıb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp hökumət xərclərinin yenidən qurulması çərçivəsində yanvar ayında vəzifəsinin ilk günündə xarici yardımları dayandırıb.