AZ

Anklavda eskalasiya I 700-dən çox fələstinli ölüb

Bu barədə Sky News Arabia telekanalı məlumat yayıb. Tibb işçilərinin bildirdiyinə görə, hazırda Qəzza xəstəxanalarında son günlər İsrailin bombardmanları nəticəsində həlak olan yerli sakinlərdən 710 nəfərin cəsədi var.

Vurğulanıb ki, İsrail Hərbi Hava Qüvvələrinin hücumları nəticəsində yaralanan 900-dən çox insan anklavdakı tibb müəssisələrinə aparılıb. Qəzza zolağının Səhiyyə Nazirliyinin məlumatına görə, martın 18-də anklavda eskalasiyanın yeni mərhələsi nəticəsində 436 nəfər ölüb, 678 nəfər yaralanıb.

AzVision.az
Seçilən
27
azvision.az

1Mənbələr