Bakı. Trend:
İran hakimiyyəti ABŞ prezidenti Donald Trampın İslamRespublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneiyəünvanladığı məktuba tezliklə cavab verəcək.
Trend xəbərverir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçiyerli televiziya kanalının efirində deyib.
"Biz qətiliklə təzyiq, təhdid və artan sanksiyalar altındabirbaşa danışıqlar aparmayacağıq. Danışıqlar bərabər şərtlərləaparılmalıdır. Yaxın günlərdə D.Trampın məktubuna cavab verəcəyikvə müvafiq kanallar vasitəsilə göndərəcəyik", - o bildirib.
Xatırladaq ki, martın 7-də D.Tramp bildirib ki, o, Xameneiyənüvə proqramı üzrə danışıqların aparılmasını təklif edən mesajgöndərib.