AZ

Astarada ictimai yaşayış binalarının təmirinə başlanılacaq

Astara Rayon İcra Hakimiyyəti tərəfindən Astara şəhərində ictimai yaşayış binalarının əsaslı təmirinə başlanılacaq.

Valyuta.Az xəbər verir ki, təmir Heydər Əliyev prospektində yerləşən 22, 26, 28, 30, 72 nömrəli 2 mərtəbəli və Kijəbə qəsəbəsi şəhid Xaqani Babazadə küçəsində yerləşən 1 mərtəbəli yaşayış binasında aparılacaq. 

Təmir "ASA-TİKİNTİ" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə olunub və Astara Rayon İcra Hakimiyyəti ilə MMC arasında 102.848,45 AZN-lik müqavilə imzalanıb. 

Qeyd edək ki, 2023-cü ildə dövlət qeydiyyatına alınan və 60 AZN nizamnamə kapitalı olan şirkətin qanuni təmsilçisi İbrahimov Eldəniz Məhərrəm oğludur.

Rəhim

Seçilən
128
valyuta.az

1Mənbələr